Məşhur serialın aktyoru vəfat etdi

Məşhur serialın aktyoru vəfat etdi
5 mart 2019
# 10:14

Amerikanın teatr və kino aktyoru Lük Perri 53 yaşında vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Kaliforniyanın klinikalarından birində insult diaqnozu ilə müalicə alırdı.

Lük Perri 80-ci illərdə “Sevənlər”, “Başqa dünya” serialında çəkilib. Ən böyük şöhrəti isə ona 1990-cı ildən çəkilən “Beverli Hills 90210” serialındakı Dilan Makkey obrazı gətirib.

Aktyor həmçinin “Marsdan olan rokçu siçanlar”, “Riverdeyl”, “Cinayətkar kimi düşünmək”, “Bədən tədqiqatı”, “Houpu tərbiyə edərkən” teleşoularında çəkilib.

Bundan başqa aktyor “Beşinci element”, “Amansız fırtına”, “Yaxşı niyyət” filmlərində də oynayıb.

# 1994 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #