104 yaşlı subay aktrisa vəfat etdi

104 yaşlı subay aktrisa vəfat etdi
21 may 2018
# 10:21

Amerikan aktrisa Patrişa Morison vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa 104 yaşında Los-Angelesdə dünyasını dəyişib.

Patrişa Morison karyerasına 1933-cü ildə başlayıb. O, "Bernadettin mahnısı", "Sevgisiz", "Qatilin prelyudu" kimi filmlərdə rol alıb. Bundan sonra aktrisanın teatr fəaliyyəti başlayır. 2000-ci ilə qədər teatrda fəaliyyət göstərib.

Morison rəsmlə də məşğul olub. Onun Yaponiyada, Nyu-York və Los-Angelesdə sərgiləri keçirilib.

Xatırladaq ki, Morison heç vaxt ailə həyatı qurmayıb.

# 2257 dəfə oxunub

Müəllifin son yazıları

# # #