Kann mükafatı almış film Bakıda

Kann mükafatı almış film Bakıda
5 sentyabr 2014
# 10:44

Nuri Bilge Ceylanın “Qış yuxusu” filmi Bakıda nümayiş olunacaq. Kulis.Az-ın məlumatına görə film 18 sentyabr 2 oktyabr tarixlərində “28 Cinema” kinoteatrında göstəriləcək.

Müasir türk kinematoqrafiyasının ən məşhur nümayəndələrindən biri olan rejissor Nuri Bilge Ceylanın “Qış yuxusu” filmi 2014-cü ildə istehsal olunub. Üç saat 16 dəqiqə davam edən filmin baş rollarında Haluk Bilginer, Melisa Sözen, Demet Akağ kimi məşhur aktyorlar çəkilib.

“Qış yuxusu” filmi 2014-cü il Kann Festivalında “Qızıl Palma budağı” mükafatını alıb.

# 2792 dəfə oxunub

Müəllifin son yazıları

# # #