"Oscar"ın qalibləri bəlli oldu 

"Oscar"ın qalibləri bəlli oldu 
3 mart 2014
# 10:10

"Ən yaxşı film" nominasiyasında mükafata"12 Years a Slave" (12 il köləlikdə) layiq görülüb.

"12 Years a Slave" filmi - 1841-ci il. Azad insan olan qaradərili Solomon Nortalı doğma şəhəri Saratoqa Sprinqsdən (Nyu-York ştatı) oğurlayırlar. O özünə gələndə qaranlıq bir otağa atıldığını, bədəninə narkotik maddə vurulduğunu və tezliklə qul kimi satılacağını anlayır...

Cate BlanchettMatthew McConaughey "Ən yaxşı aktrisa" ("Blue Jasmine" filmi) "Ən yaxşı aktyor" ("Dallas Buyers Club" filmi) mükafatlarını alıblar.

"Ən yaxşı rejissor" mükafatı isə "Gravity"filminə görə Alfonso Cuarón-a verilib. "Gravity" bu il ən çox - 7 nominasiyada "Oscar" alan film olub.

"Gravity" filmi - Amerikalı astronavtlar açıq kosmosda teleskopu təmir edərkən qəza baş verir. Onların hava gəmisi kosmik zibillə toqquşur. Onların Yerə qayıtması daha mümkün deyil. Nə etməli?

"Ən yaxşı tammetrajlı sənədli film" nominasiyasında mükafat Morgan Neville-in "Ulduz olmağın 20 futluğunda"(Twenty Feet From Stardom) filminə verilib.

Film bək-vokalçılar haqdadır. Onlar məşhur müğənnilərin bir neçə metrliyində dayanıb səsləri ilə onlara yardımçı olurlar, amma bu şöhrətdən onlara pay düşmür. Diqqətdən kənarda qalırlar. Əlbəttə ki, hamısı yox. Bəziləri həmin 20 futu, 6 metri iradələri və istedadları gücünə qət edib özləri də uduza çevrilirlər…

Oxuzali.az

# 2376 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #