Venesiya kinofestivalı başlayır

Venesiya kinofestivalı başlayır
30 avqust 2017
# 16:29

Bu gün İtaliyada 74-cü Beynəlxalq Venesiya Kinofestivalı öz işinə başlayır.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, festivalın açılışı Aleksandr Peynin “Qısaca” satirik filmi ilə olacaq.

Nümayişlər avqustun 30-dan sentyabrın 9-dək davam edəcək. Festivalın münsiflər heyətinə Hollivud aktrisası Annet Beninq rəhbərlik edir.

Proqramda Darren Aronofski, Gilyerme Del Toro, Stiven Frirz, Ay Veyvey, Corc Kluninin filmləri var.

Avropada terakt təhlükəsi ilə festivalın təhlükəsizlik tədbirləri gücləndirilib.

# 1022 dəfə oxunub

Müəllifin son yazıları

# # #