Nurgül Yeşilçayın fındıq davası

Nurgül Yeşilçayın fındıq davası
28 sentyabr 2015
# 11:07

Məşhur türk aktrisası Nurgül Yeşilçay bayram tətilindən qayıtdığı təyyarədə bir sərnişinlə mübahisə edib. Kulisin türk mətbuatına istinadən verdiyi xəbərə görə mübahisənin səbəbi stüardessanın aktrisaya fındıq gətirməsi olub.

Nurgül Yeşilçay Qurban Bayramı tətilində “Paramparça” serialının çəkilişlərinə ara verərək sevgilisi Özgür İnal ilə tətilə gedib. Ancaq səfər vaxtı gərginlik yaranıb. Stüardessalardan biri aktrisaya fındıq gətirib. Bu bunu görən qadın sərnişin “Məşhur olduğu üçünmü ona fındıq verdiniz?” deyə stüardessaya sual verib. Bu sualdan şikayətlənən Yeşilçay sərnişinə öz etirazın bildirib.

Təyyarədən endikdən sonra aktrisa Twitter-də belə yazıb: “Məşhur olduğu üçünmü ona fındıq verdiniz?- Xeyr, sincab olduğum üçün. Allah, allah istədim verdilər, özünü niyə yazıq kimi aparırsan, səni sevən olmadımı, ay xala?”

# 966 dəfə oxunub

Müəllifin son yazıları

# # #