Dədə Qorqud serialı nə yerdədir?

Dədə Qorqud serialı nə yerdədir?
7 may 2015
# 10:44

Prezident sərəncamına əsasən “Kitabi-Dədə-Qorqud” eposu əsasında çəkiləcək çoxseriyalı bədii filmin ssenarisi artıq hazırdır. Bu barədə Kulisə ssenari müəllifi, Xalq yazıçısı Anar məlumat verib. “12 boya uyğun olaraq on iki seriyalı bədii filmin ssenarisini bitirib nazirliyə təhvil vermişəm”.

Layihənin rejissoru kimi Ramiz Həsənoğlunun adı hallansa da o, hələ rəsmi bir şey olmadığını söyləyib.

Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki, hazırda film haqqında məsləhətləşmələr aparılır.

# 1334 dəfə oxunub

Müəllifin son yazıları

# # #