Lars fon Trier serial çəkəcək

Lars fon Trier serial çəkəcək
2 sentyabr 2014
# 11:22

Məşhur Danimarkalı rejissor Lars fon Trier ingilis dilində serial çəkir. Kulis.az-ın gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, serial “The House That Jack Built” (“Cekin tikdiyi ev”) adlanır.


”Səbrinizi basın, ömrünüzdə belə maraqlı layihə görməmisiniz”, - deyə Lars fonun daimi prodüseri Olbek Yansen yazıb. Məlumatda bildirilir ki, Lars fon serialın ssenarisini bu payızda yazacaq, çəkilişlər isə 2016-cı ildə başlayacaq.

Qeyd edək ki, Trier bundan əvvəl də serial çəkib. Onun son çoxseriyalı layihəsi olan “Krallıq” Danimarka televiziyası üçün çəkilmişdi. Serial ekranlara 20 il qabaq çıxıb. Səkkiz epizoddan ibarət idi.

# 1193 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #