Yeni ssenari kursları başlayır

Yeni ssenari kursları başlayır
20 avqust 2013
# 12:36

“Çarx film” studiyası bədii və sənədli filmlər üçün ssenari kurslarına qəbul elan edib. İki smestrdən ibarət olan kurslar peşəkar ssenaristlər tərəfindən bir il müddətində aparılacaq.

İlin sonunda kursu bitirənlərə 5 pilləli sertifikat veriləcək, fərqlənən ssenarilər müsabiqələrə təqdim olunacaq, studiyanın bazasında ekranlaşdırılması üçün şərait yaradılacaq. Təhsil müddətində kursun tələbələri “Çarx film” studiyasının kino və televiziya layihələrində yaxından iştirak etmək imkanı qazanacaqlar.

Sənədlər sentyabr ayının 30-dək qəbul edilir. Yerlər məhduddur. Dərslər oktyabr ayının 15-dən başlayır.

Müsabiqədə iştirak etmək istəyənlər [email protected] elektron ünvanı ilə əlaqə yarada bilərlər.

Əlaqə telefonları: (012) 497-80-85, (012) 497-40-10

# 2251 dəfə oxunub

Müəllifin son yazıları

# # #