Rebus Teatrı "Hamlet"i oynayacaq

Rebus Teatrı "Hamlet"i oynayacaq
29 oktyabr 2019
# 14:42

Müstəqil “Rebus” teatrı yeni tamaşasını təqdim edəcək.

Teatrdan kulis.az-a verilən xəbərə görə, Şekspirin “Hamlet” əsərinin motivləri əsasında hazırlanan tamaşa “Hamlet X” adlanır. Tamaşanın ideya müəllifi və rejissoru Ceyhun Dadaşov ona “psixo-plastik qrotesk” kimi janr təyinatı verib.

Tamaşada Ceyhun Dadaşov, Əli Əlizadə, Elnur İsmayılov, Natəvan Abbaslı, Ziya Ağa, Rasimə Abbaslı iştirak edirlər.

Rejissor kulis.az-a açıqlamasında tamaşanın sözsüz olduğunu söyləyib:

“Birbaşa Hamlet əsərinin interpretasiyası deyil. Əsas quruluşda Hamlet qatilə çevrilir. Bütün ölümlər Hamletin əli ilə baş verir. Az qala hər kəs Klavdi və Hamlet arasında gedən hakimiyyət mübarizəsinin qurbanıdır”

Onun sözlərinə görə, tamaşa Mədəniyyət Nazirliyinin müstəqil teatrlara dəstək proqramı çərçivəsində noyabrın 5-də saat 19.00-da Gənc Tamaşaçılar teatrının kiçik səhnəsində oynanılacaq.

Xatırladaq kli, sözügedən proqram müstəqil teatrlara ayda bir dəfə dövlət teatrının binasında tamaşa oynamağa şərait yaratmağı nəzərdə tutur.

# 2706 dəfə oxunub

Müəllifin son yazıları

# # #