Azərbaycan filmləri bir saytda

Azərbaycan filmləri bir saytda
2 aprel 2015
# 10:00

Azərbaycan kino arxivini özündə toplayan yeni bir sayt fəaliyyətə başlayıb. Modern.az xəbər verir ki, Azerikino.com domeni adı altında fəaliyyət göstərəcək saytda xeyli sayda Azərbaycan tammetrajlı filmləri yerləşdirilib.

Saytda müxtəlif dillərdə olan filmlər haqqında ətraflı məlumatlar da yer alır. Burada həmçinin ilk dəfə olaraq Azərbaycan dilində dublyaj edilən xarici filmlərin videolarından ibarət xüsusi bölmə də var. Hələlik 200-ə yaxın videodan ibarət olan sayt yaxın zamanlarda 1000-ə qədər filmlə zənginləşəcək. Saytın yaradıcısı Youtube-da Azərbaycan kinosunun təbliğatı ilə məşğul olan və bu sahədəki kanalları naməlum şəxslər tərəfindən bağladılan Vüsal Ağayevdir.

# 1428 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #