Çağan Irmak yeni film çəkir

Çağan Irmak yeni film çəkir
2 iyul 2018
# 10:20

Azərbaycanlı tamaşaçının “Atam və oğlum” filmindən tanıdığı məşhur türk rejissor Çağan Irmak yeni film çəkməyə hazırlaşır.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, rejissor aktyor heyətini artıq müəyyən edib.

"Bizi xatırla" adlanan filmdə əsas rola "Çemberimde gül oya" və "Atam və oğlum" filmlərində birgə çalışdığı aktrisa Özgə Özbərk çəkiləcək. Tamaşaçılar həmçinin filmdə Altan Erkekli və Tolga Tekini də görə biləcəklər.

Ata ilə qızının münasibətlərindən bəhs edən film noyabrın 23-də nümayiş olunacaq.

# 1211 dəfə oxunub

Müəllifin son yazıları

# # #