Dünyaca məşhur fransız aktrisası Janna Moro 89 yaşında vəfat edib.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisanın cəsədini qulluqçusu aşkar edib.
Janna Moro “Yeni dalğa” rejissorlarından Lui Malın, Fransua Trüffonun, həmçinin Bünüel və Antonioninin filmlərindəki obrazları ilə məşhurdur.
- Rasim Qaracanın yeni kitabı çap olundu
- Sənin nə yalançı ayaqların var? - Natiq Məmmədlinin hekayəsi
- Polislərin tapmadığı velosipedi falçı necə tapdı? - 8 yaşlı kuryerin Oskarlıq oyunu
O, “Həvva”, Cüli və Cim”, “Qulluqçunun gündəliyi”, “Gəlin qara geyimdə idi”, “Gecə” filmlərində oynayıb. Son filmi “Dostlarımın istedadı” isə 2015-ci ildə ekranlara çıxıb.
Janna Moro Kann kinofestivalının fəxri “Qızıl Palma Budağı”, Kino sənətinə verdiyi töhvələrə görə Venetsiya festivalının “Qızıl Şir”i, Berlin Kinofestivalının “Qızıl Ayı”sı ilə mükafatlandırılıb.