Ağdam Dram Teatrının baş rejissoru Elxan Mikayılov dünyasını dəyişib.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin saytında məlumat verilib.
Mikayılov Elxan Cəbrayıl oğlu 1955-ci ildə Bərdə rayonu Xanqaraqoyunlu kəndində anadan olub.
- “Zəfər” Musiqi və Teatr festivalı çərçivəsində Biləsuvarda konsert keçirilib
- Lənkəran Dövlət Dram Teatrında yeni mövsümün ilk premyerası
- "Onda da üstümdə pul yox idi, indi də!" - Heydər Əliyevlə bağlı maraqlı əhvalatlar
1973-1979-cu illərdə o, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyoru» fakültəsində ali təhsil almışdır. 1988-1990-cı illərdə E.Mikayılov Kuybışev Akademik Dram Teatrında və Moskvanın Malıy Bronnıy Teatrında ali rejissorluq kursunu keçib.
1983-cü ildə E.Mikayılov Ağdam Dövlət Dram Teatrının aktyor ştatına daxil olunub. Burada aktyor kimi işlədiyi illər ərzində o, X.Hasilovanın «Həsrət»ində Həsrət, S.Vurğunun «Fərhad və Şirin»ində Fərhad, M.Lermontovun «İki qardaş»ında Aleksandr, A.Şaiqin «Fitnə»sində Bəhram şah və bu kimi müxtəlif janrlı əsərlərdə obrazlar yaradıb.
1994-cü ildən o, Ağdam Dövlət Dram Teatrının baş rejissorudur. Bu vəzifədə çalışdığı müddətdə E.Mikayılov C.Cabbarlının «Solğun çiçəklər», Ş.Qurbanovun «Sənsiz», M.F.Axundzadənin «Lənkəran xanının vəziri» və s. əsərlərə quruluş verib.
Mədəniyyət və Turizm Nazirliyinin kollektivi Mikayılov Elxan Cəbrayıl oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.