Bakıda yeni sirk şousu

Bakıda yeni sirk şousu
22 sentyabr 2017
# 11:28

Sentyabrın 29-dan oktyabrın 8-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, Rusiyanın Xalq Artisti Viktor Kudryavtsevin rəhbərlik etdiyi şounun proqramına avtomobil, kartinq, motosiklet və velosiped sürən ayıların iştirakı ilə nömrələr daxildir.

Şouda bütövlükdə 7 ölkədən, o cümlədən Azərbaycandan artistlər çıxış edəcəklər. Məşhur kloun Devid Lariblenin də adı şounun proqramındadır..

Həmçinin şouda cənubi amerikalı motokaskadyorların çıxışlarına xüsusi yer ayrılıb.

# 968 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #