Xalq artisti İrana Tağızadə vəfat etdi

Xalq artisti İrana Tağızadə, rejissor

Xalq artisti İrana Tağızadə, rejissor

9 aprel 2023
# 10:21

Azərbaycan mədəniyyətinə ağır itki baş verib.

Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.

Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, İrana Tağızadə rejissor Tofiq Tağızadənin qızı, aktyor Firdovsi Atakişiyevin həyat yoldaşıdır.

Allah rəhmət eləsin.

# 5525 dəfə oxunub

Müəllifin son yazıları

# # #