"Xaç atası" filminin prodüseri vəfat etdi

"Xaç atası" filminin prodüseri vəfat etdi
22 noyabr 2022
# 11:20

"Xaç atası"filminin prodüseri, oskar mükafatlı Qrey Frederikson 86 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, prodüserin ölümünə səbəb prostat xərçəngi olub.

Frederikson amerikalı kinorejissor Frensis Ford Koppola ilə birlikdə “Xaç atası” filminin ərsəyə gəlməsində iştirak edib. “Xaç atası”nın ikinci hissəsinə görə Frederikson, Koppola və prodüser Fred Roos “Ən yaxşı film” nominasiyasında Oskar alıblar.


# 1674 dəfə oxunub

Müəllifin son yazıları

# # #