"Turin atı"nın rejissoru vəfat etdi

"Turin atı"nın rejissoru vəfat etdi
6 yanvar 2026
# 16:39

Macarıstanlı rejissor Bela Tarr 70 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, onun ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, macar rejissor və ssenarist "Satantanqo", "Verkmeyster harmoniyaları", "Londondan olan adam", "Turin atı" kimi filmlərin müəllifidir. O bir sıra nüfuzlu kino mükafatlarına da layiq görülüb.

Bela Tarrın 2025-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Laslo Krasnahorkai ilə bir sıra kino layihələri olub. Onların ssenarisini birgə yazdığı "Satantango" filmi uzun xronometraja, - 432 dəqiqə, - malik olması ilə diqqət çəkib.

# 195 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər