"Terminator" qayıdır?

"Terminator" qayıdır?
14 avqust 2024
# 10:29

Dünyaca məşhur rejissor Ceyms Kemeron "Terminator"un 7-ci bölümü üzərində işləyir.

Kulis.az xəbər verir ki, o, bu barədə “The Hollywood Reporter”ə müsahibəsində danışıb.

Kemeron layihənin tamamilə məxfi olduğunu bildirərək heç bir təfərrüat açıqlamayıb. Məlum olan odur ki, bunun qarşıdan gələn "Terminator Zero" i anime seriyası ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, indiyə qədər "Terminator" filmlərində baş rolu Arnold Şvarsneqqer canlandırıb.

# 601 dəfə oxunub

Müəllifin son yazıları

# # #