“Təhminə”nin aktrisası insult keçirdi

“Təhminə”nin aktrisası insult keçirdi
11 iyun 2025
# 10:05

Moskvada yaşayan və fəaliyyət göstərən 75 yaşlı azərbaycanlı aktrisa Larisa Xələfova insult keçirib.

Kulis.az xəbər verir ki, bu barədə Aktyorlar Agentliyinin rəhbəri Səbuhi Məmmədov öz sosial media hesabında məlumat yayıb.

Aktrisa hazırda xəstəxanadadır və sağalmaq üzrədir. Aktrisanın bütün xərclərini qızı Elnarə Vəzirova qarşılasa da, maddi yardıma ehtiyacları olduğu vurğulanıb.

Qeyd edək ki, Larisa Xələfova 1950-ci il yanvarın 29-da Bakıda anadan olub. 1972-1974-cü illərdə - Sverdlovsk Dram Teatrında, 1975-ci ildən S.Vurğun adına Azərbaycan Rus Dram Teatrında çalışıb.

1966-cı ildən kinoda ilk rolu “İstintaq davam edir” filmindəki Dilarə olub. O, “Təhminə” filmində "Mədinə" obrazını canlandırıb.

# 146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #