Rusiyalı aktrisa Tamara Solodovnikova 99 yaşında Moskvada vəfat edib.
Kulis.az Rusiya KİV-ə istinadən xəbər verir ki, aktrisa mənzilində ölü tapılıb.
Onun ölümünə səbəb ürək-damar çatışmazlığı olub.
Qeyd edək ki, Tamara Solodovnikova “Ev və ustad”, “Rotşild skripkası”, “Ailə başçısı” kimi filmlərdə oynayıb.
 
                 
             
                                             
                         
                             
                             
                            