Aktyorlar Devid Korensvet və Reyçel Brosnahan rejissor Ceyms Qannın yeni filmi "Supermen: Legacy"də rol alacaqlar.
Kulis.az xəbər verir ki, bu barədə The Hollywood Reporter məlumat yayıb.
İkonik superqəhrəman hekayəsinin yenidən başlamasında Korensvetin Supermeni, Brosnahan isə onun sevgilisi, müxbir Lois Leyn rolunu oynayacağı bildirilir.
- Mədəniyyət Nazirliyi müsabiqə və müsahibələr keçirəcək
- Fotoqraflar arasında müsabiqə elan olundu
- AKİ: “Məktəblərdə nümayiş”
"Supermen: Legacy"nin premyerası 11 iyul 2025-ci ilə planlaşdırılır. Ceyms Qann artıq çəkilişlərə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, filmin çəkilişləri üçün geyimlər, məkan dizaynı hazırdır. Gələcək filmin ssenarisi də tam yazılıb.