Stiven Kinqin məşhur romanı əsasında film çəkiləcək

Stiven Kinqin məşhur romanı əsasında film çəkiləcək
30 iyul 2026
# 12:30

Amerikalı rejissor Mayk Flanaqan Stiven Kinqin məşhur əsəri olan "Duman" ("The Mist") romanını ekranlaşdıracaq.

Kulis.az xəbər verir ki, bu barədə rejissor tədbirlərin birində çıxışı zamanı açıqlama verib.

Flanaqan yeni ideyasını Stiven Kinqə təqdim etdiyini və yazıçının da bu layihəyə razılıq verdiyini vurğulayıb.

Xatırladaq ki, rejissor daha əvvəl "Doctor Sleep" (Yuxu həkimi), "Gerald's Game" (Ceraldın oyunu) və "The Life of Chuck" (Çakın həyatı) kimi filmlərlə Kinq əsərlərinin uğurlu adaptasiyalarını ərsəyə gətirib.

Qeyd edək ki, Mayk Flanaqanın Stiven Kinqin başqa bir məşhur əsəri əsasında çəkdiyi 4 seriyalıq "Carrie" (Kerri) serialı bu ilin oktyabrında "Prime Video" rəqəmsal platformasında tamaşaçılara təqdim olunacaq.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər