Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) Sloveniyanın RTV telekanalının əməkdaşları ilə görüş keçirilib.
Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor və prodüser Tahir Tahiroviçlə baş tutan görüşün mövzusu, sözügedən telekanalın Bakıda əfsanəvi partizan Mehdi Hüseynzadə haqqında filmin çəkilişi olub.
Tahir Tahiroviç müəllifi olduğu “Təxəllüsü: Mixaylo” filminin çəkilişlərindən qonaqlara bəhs edib və Mehdi Hüseynzadə haqda olan arxiv materiallarını həmkarlarına təqdim edib.
Görüş zamanı, o, Sloveniya ilə sıx yaradıcı əlaqələrin şərəfinə Bakıda təsis edilən “Nova Gorica” kino mərkəzindən söhbət açıb.
RTV telekanalının əməkdaşları Zvezdan Martiç, Ziga Ropret və Ales Zivec T.Tahiroviçə onun təsis etdiyi kino şirkətinə Sloveniyanın şəhərinin adının verilməsindən məmnunluqlarını və təşəkkürlərini bildiriblər.