Şerlok Holms yenidən ekranlara qayıdır

Şerlok Holms yenidən   ekranlara qayıdır
10 avqust 2026
# 11:00

Dünyaca məşhur xəfiyyə Şerlok Holmsun yeni serial layihəsi rəsmən elan olunub.

Kulis.az xəbər verir ki, "Sherlock's Secretary" adlanan yeni layihə Londonda yaşayan və illərlə “221B Beker Strit” ünvanına göndərilən minlərlə məktubu cavablandıran növbətçi katibənin fəaliyyətinə fokuslanır.

Qəhrəman zamanla bu məktublara cavab yazarkən özü də fərqində olmadan sirli cinayətləri və müammaları şəxsən araşdırmağa başlayır.

Ekran işi "Psych" serialı ilə tanınan Endi Bermanın imzasını daşıyacaq.

Qeyd edək ki, "USA Network" kanalında nümayiş olunması planlaşdırılan serialın aktyor heyəti və nümayiş tarixi haqqında hələlik ətraflı məlumat verilməyib.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər