"Sanki yoxsan” filmi beynəlxalq mükafat aldı

"Sanki yoxsan” filmi beynəlxalq mükafat aldı
17 aprel 2025
# 09:45

Qırğızıstanın paytaxtı Bişkekdə 12-ci Beynəlxalq “Ümid” Gənclərin Film Forumu keçirilib.

Kulis.az xəbər verir ki, forumda rejissor Azər Quliyevin “Sanki yoxsan” qısametrajlı bədii filmi münsiflər heyəti və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək beynəlxalq müsabiqənin baş mükafatına layiq görülüb.

“Sanki yoxsan” filminin istehsalçısı Fransanın “LaLuna” şirkəti, rejissoru Azər Quliyev, icraçı prodüseri Mehman Fətullayev, ko-prodüseri Əli-Səttar Quliyevdir.

Qeyd edək ki, forumda “Sanki yoxsan”la birgə Azərbaycandan rejissor Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” filmi də iştirak edib.

# 178 dəfə oxunub

Müəllifin son yazıları

# # #