Qonorarlarla bağlı qərar ləğv olunacaqmı? - ARKA

Qonorarlarla bağlı qərar ləğv olunacaqmı? - ARKA
6 may 2024
# 09:27

Azərbaycan Respublikasının Kino Agentliyində kino haqqında hüquqi-normativ aktların dəyişdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Kulis.az xəbər verir ki, iştirakçılar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 1997-ci ildə qəbul olunmuş 38 saylı qərarı müzakirə ediblər. Görüşdə qərarın ləğvi və ya dəyişikliyin aparılması üçün təkliflər dəyərləndirilib.

Bu qərar dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən qonorarların və digər ödənişlərin məbləğini, ödənilmə qaydalarını müəyyən edir.

Qeyd edək ki, təkliflər Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş işçi qrupuna təqdim olunacaq.

# 1094 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #