Qısametrajlı film müsabiqələrinin finalçıları açıqlandı

Qısametrajlı film müsabiqələrinin finalçıları açıqlandı
29 avqust 2024
# 15:43

23-29 sentyabr tarixləri arasında keçiriləcək Beynəlxalq Qısa Film Yarışması, Adana Qısa Film Yarışması və Tələbə Qısa Film Yarışmasında ümumilikdə 51 qısametrajlı film finala yüksəlib.

Kulis.az xəbər verir ki, münsiflər Kıvanç Türkgeldi, Ece Vitrinel və Zehra Yiğit Beynəlxalq Qısa Film Müsabiqəsi üçün müraciət edən 51 ölkədən 535 film izləyib.

Münsiflər heyətinin üzvləri aktyor Elit Andaç Çam və rejissorlar Nəcva Nəccar və Nehir Tuna 8 ölkədən 20 film seçib qiymətləndirəcək.

Tələbə Qısa Film Müsabiqəsi üçün 201 müraciətdən 26-sı finalda yarışmağa haqq qazanıb.

Adana Qısa Film Müsabiqəsində isə finalda 5 film yarışacaq.

Mükafatlar 28 sentyabr şənbə günü keçiriləcək mərasimdə sahiblərinə təqdim olunacaq.

Ülvi Bahadır

# 471 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #