Amerika Film Sənətləri Akademiyası "Oskar 2025"-ə namizədlərin siyahısının açıqlanmasını yanvarın 17-dən 19-na keçirib.
Kulis.az xəbər verir ki, akademiya bu addımı Los-Ancelesdəki yanğınlar səbəbindən atıb.
Akademiyanın direktoru Bill Kramerin məktubunda deyilir: "Kaliforniya yanğınlarından ziyan çəkən hamıya dərin hüznlə təəssüfümüzü bildiririk. Akademiyamızın bir çox üzvü, həmkarlarımız Los-Ancelesdə yaşayır. Biz sizdən narahatıq..."
Qeyd edək ki, 97-ci "Oskar"ın mükafatlandırma mərasimi 2025-ci il martın 2-si Konan O`Brayerin aparıcılığı ilə keçiriləcək.