97-ci Akademiya Mükafatları 2 mart 2025-ci ildə keçiriləcək.
Kulis.az Oskar namizədlərinin siyahısını təqdim edir.
"Konklav"
Kardinal Lourensə dünyanın ən gizli və qədim hadisələrindən birinə rəhbərlik etmək, yeni Papa seçmək vəzifəsi qoyulur və burada o, kilsənin təməllərini sarsıda biləcək bir sui-qəsdin mərkəzində olur. Baş rolda görkəmli aktyor Ralph Fiennes oynayır.

"Nikel oğlanları
Film Kolson Uaythidin Pulitzer mükafatlı romanı əsasında çəkilib. Roman 1960-cı illərdə Florida islah müəssisəsində baş verən dəhşətli hadisələrdən bəhs edir.

"Emiliya Perez"
Rejissor Jak Odiarın çəkdiyi filmdə vəkil Rita gözlənilməz təklif alır. O, hər kəsin qorxduğu bir kartel rəhbərinə kömək etməlidir və onun həmişə xəyal etdiyi qadına çevrilməlidir.

"Maddə"
Baş rollarda Marqaret Qualli, Dennis Quaid və Demi Murun çəkildiyi “Maddə” filminin rejissoru fransız rejissoru Korali Farjedir .
"Maddə" filmi Hollivudun gözəllik standartları və bu standartlara çatmağa çalışan Elisabet Sparkl haqqındadır.
50 yaşlı Elizabet "Madness" adlı dərman sayəsində daha gənc, daha gözəl, daha mükəmməl bir insana çevrilməyə çalışır.

"Qladiator 2"
Usta rejissor Ridli Skott beş Oskar qazanan "Qladiator" filmini 24 ildən sonra yenidən böyük ekranlara gətirir.
Filmdə Pol Meskal, Pedro Paskal, Denzel Vaşinqton, Barri Keoqan və Cozef Kuinn kimi aktyorlar oynayır.

"Qəddar"
Bredi Korbetin müəllifi olduğu filmdə baş rollarda Edrien Brodi, Felisits Cons və Gay Pirs çəkilib.

"Anora"
Şon Beykerin müəllifi olduğu filmin baş rollarında Miki Medison və Paul Uaysman çəkilib.
Bu il 77-ci Kann Film Festivalının nüfuzlu “Qızıl Palma budağı” “Anora ” filmi ilə amerikalı rejissor Şon Beykerə verilib .

"Əsl ağrı"
David və Benji nənələrini sevindirmək üçün Polşada görüşürlər.
Filmin rejissoru Cesse Eyzenberqdir.

"Qonşu otaq"
Pedro Almodovarın ssenari müəllifi və rejissoru olduğu filmdə Tilda Suinton, Culyana Mur və Alessandro Nivola çəkilib.
Film illərdir bir-birini görməyən iki dostun təsadüfi görüşündən bəhs edir.

"Tam naməlum"
Əfsanəvi müğənni Bob Dilan haqqında çəkilən filmdə Dilanın obrazını Timoti Şalame canlandırır.
Filmin rejissoru Ceyms Menqolddur.