“Oriondan sevgilərlə” filmi beynəlxalq festivalda nümayiş olunacaq

“Oriondan sevgilərlə”  filmi beynəlxalq festivalda nümayiş olunacaq
22 aprel 2026
# 14:00

Rejissoru və prodüseri Rafiq Hacıyev, ssenari müəllifləri Rafiq Hacıyev və Kənan Yusifov olan “Oriondan sevgilərlə” film bu il “Kyrgyzstan – Land of Short Films” festivalı çərçivəsində nümayiş olunacaq. Filmin istehsalçısı “ROG VFX Studio” MMC-dir.

Kulis.az xəbər verir ki, film 15 il əvvəl qızını itirmiş çoban Akifin hekayəsindən bəhs edir. O, qızının yadplanetlilər tərəfindən qaçırıldığına inanır və illərlə astronomiya və fizika ilə məşğul olaraq səmaya siqnallar göndərir. Ümidini itirdiyi anda isə həyatını dəyişəcək gözlənilməz hadisə baş verir...

Qırğızıstanda keçirilən bu festival MDB ölkələrindən qısametrajlı filmləri bir araya gətirərək gənc rejissorlar və müəllif işləri üçün beynəlxalq platforma rolunu oynayır.

“Oriondan sevgilərlə” filminin bu festivalda iştirakı Azərbaycan kinosunun beynəlxalq arenada təqdimatı baxımından mühüm addımdır.

Festival aprelin 25-dək davam edəcək.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər