O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq
1 noyabr 2024
# 10:56

Məşhur “Dəmir adam” filminin ulduzu Robert Dauni onun süni intellektlə surətini çıxarmaq qərarına gələn bütün studiya rəhbərlərini məhkəməyə verməklə hədələyib.

Kulis.az xəbər verir ki, bu barədə aktyor podkastların birində danışıb.

Robert vəkillərinin onun imicini ölümündən sonra da qoruyacaqlarını bildirib. "Oskar" qalibi əmindir ki, "Marvel Studios" nə vaxtsa "Dəmir adam"ı ekrana qaytarmaq istəsələr, heç vaxt onun rəqəmsal dublunu etməyəcəklər.

# 335 dəfə oxunub

Müəllifin son yazıları

# # #