Müasir kinonun ən məşhur simalarından olan Kristofer Nolan yeni filmi "Odissey" ilə bir ilkə imza atacaq.
Kulis.az xəbər verir ki, film əvvəldən-axıracan "İMAX"da çəkiləcək.
Bundan əvvəl "Oppenheymer" filminin bəzi səhnələri "İMAX"da çəkilmişdi, ancaq "Odissey" tamamilə "İMAX"da çəkilən ilk film olacaq.
- “Kloun Z” tamaşasının premyerası olacaq
- Erkən nikahların tarixi, fəlsəfəsi və bu günü - ARAŞDIRMA
- Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
Bunun üçün mühəndislər Nolanın istəyi ilə daha kiçik, səssiz və yüngül kameralar hazırlayıb. Yeni kameralar köhnələrdən 30% daha səssiz və portativdir.
Mett Deymon, Tom Holland, Enn Hezuey kimi ulduzların çəkildiyi film 17 iyul 2026-cı ildə tamaşaçılara təqdim olunacaq.