"Muxtar" serialının ulduzu 34 yaşında vəfat etdi

İvan Kuşneruk, aktyor

İvan Kuşneruk, aktyor

14 iyul 2026
# 12:00

Muxtar. Yeni iz" serialındakı rolu ilə tanınan aktyor İvan Kuşneruk 34 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi rejissor Sergey Zemlyanskiyə istinadən məlumat yayıb.

"Mark Şaqal rolunu məşq edirdi..."

Rejissor gənc aktyorun qəfil ölümü ilə bağlı kədərini bu sözlərlə ifadə edib:

"İyunun 27-də İvan Kuşneruk həyatdan köçdü. Biz 2019-cu ildə Minskdəki Yanka Kupala Teatrında bir tamaşa təqdim etməli idik, o, Mark Şaqal rolunu məşq edirdi. Çox kədərlidir. Möhtəşəm aktyor idi. Doğmalarına və yaxınlarına başsağlığı verirəm".

Qısa, lakin yaddaqalan karyera

Belarusda anadan olan Kuşneruk uzun müddət Yanka Kupala adına Teatrda çalışıb. Kino və televiziyada isə ona ən böyük şöhrəti "Muxtar" serialındakı Sergey və "Darvazamı döy" serialındakı Serıy rolları qazandırmışdı.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər