Qazaxıstanda “Molla Nəsrəddin - çətin günlərin dostu” filminin çəkilişləri artıq yekun mərhələsindədir.
Kulis.az xəbər verir ki, bu barədə Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.
Layihəsə altı türk ölkəsinin kinematoqrafçıları iştirak edir.
Bundan əvvəl çəkiliş qrupu Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan və Özbəkistanda işləyib. Yekun çəkilişlər Almatı vilayətində, Almatı və Türküstan şəhərlərində, o cümlədən Xoca Əhməd Yasəvi məqbərəsinin ərazisində aparılacaq.
Filmin quruluşçu rejissoru və ssenari müəllifi Azərbaycanın Xalq artisti Vaqif Mustafayevdir. Xoca Nəsrəddin obrazını Qazaxıstanın Əməkdar artisti Saqızbay Karabalin canlandırır.
Qeyd edək ki, layihə 2023-cü ildə Şuşada keçirilən TÜRKSOY Daimi Şurasının 40-cı iclasında irəli sürülüb.