Əməkdar artist: "Seriallar mənim üçün önəmli deyil"

Əməkdar artist: "Seriallar mənim üçün önəmli deyil"
17 aprel 2020
# 16:34

“Seriallar qazanc mənbəyidir və mənim üçün önəmli göstərici deyil”.

Kulis.az xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında Əməkdar artist Vəfa Zeynalova deyib.

Sənətçi yerli seriallar barədə fikirlərini də bildirib: “Bəzi seriallarımız var ki, baxanda əsəb keçirirəm. Bunun ən başlıca səbəbi maliyyədir. Bu uşaqları belə serialları ərsəyə gətirirlərsə, çox böyük işlər görürlər. Film tarixdir, serial isə tarix deyil. O tarix isə bizdə yox dərəcəsindədir. Seriallar qazanc mənbəyidir və mənim üçün önəmli göstərici deyil. Ona qlobal iş kimi baxmıram. O boyda böyük sənətkarlarımız seriallarda çəkilir. Onların işini də yerə vurmuram. Onlar da mənimlə eyni düşünər”.

Aktrisa rol aldığı ekran işlərində seçici olduğu dilə gətirib:

“Daha çox tərəf müqabili və ssenari baxımından seçiciyəm. Filmi kimin çəkməyi də vacibdir. Qonorar hər şeydən sonra gəlir. Hərdən deyirlər ki, reklamlara çox baha çəkilirsən. Deyirəm ki, bu, mənim simamdır və onu satıram”.

# 2084 dəfə oxunub

Müəllifin son yazıları

# # #