Mett Deymonu o əvəzləyəcək: Zendaya yeni Ceyson Born ola bilər

Mett Deymonu o əvəzləyəcək: Zendaya yeni Ceyson Born ola bilər
25 iyun 2026
# 10:10

"Eyforiya" (Euphoria) serialının ulduzu Zendaya "Ceyson Born" (Jason Bourne) franşizasının yeni versiyasında Mett Deymonu əvəz edə bilər.

Kulis.az xəbər verir ki, yeni filmdə baş rolu qadının oynayacağı barədə məlumatı Hollivud insayderi Ceff Snayder yayıb.

Jurnalistin bir neçə fərqli mənbəsi Zendayanın yeni casus rolunu ifa edəcəyi ilə bağlı gəzən şayiələri artıq təsdiqləyib. İddia olunur ki, hazırda aktrisa layihədə iştirak etmək ehtimalını qeyri-rəsmi formada müzakirə edir.

Əfsanəvi franşizanın keçmişi və gələcəyi

2025-ci ilin avqust ayında "Universal" studiyası Robert Ladlemin müəllifi olduğu məşhur casus romanları seriyasına olan hüquqlarının müddətini qeyri-müəyyən vaxta qədər uzadıb.

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) operativ işçisi Ceyson Born haqqında ilk film – "Bornun müəyyən edilməsi" (The Bourne Identity) ekranlara 2002-ci ildə çıxıb.

Qeyd edək ki, sözügedən casus franşizasının bütün beş hissəsində də baş rolu məşhur aktyor Mett Deymon canlandırıb. Yeni qərarla isə seriyanın tamamilə fərqli bir istiqamət alacağı gözlənilir.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər