Məşhur rejissorun "Don Kixot" layihəsi yenidən qurulur

Məşhur rejissorun "Don Kixot" layihəsi yenidən qurulur
29 iyun 2026
# 17:30

Məşhur rejissor Orson Uelsin 1957-ci ildə başladığı və 30 ildən çox müddətdə tamamlaya bilmədiyi əfsanəvi "Don Kixot" layihəsi "Filmoteca Espanola" başda olmaqla Avropanın aparıcı film arxivləri tərəfindən yenidən qurulur.

Bu barədə "Euronews" xəbər verib. Layihə çərçivəsində, rejissorun fərqli ölkələrdə çəkdiyi təxminən 70 min metrlik dağınıq vizual material ilə 2000 səhifəlik orijinal ssenari rəqəmsal mühitdə analiz edilərək bir araya gətiriləcək.

Mütəxəssislər filmin kommersiya məqsədilə deyil, yalnız mədəni nümayiş üçün hazırlanacağını və yenidənqurma prosesində süni intellektdən imtina edilərək tamamilə insan zəkasına əsaslanılacağını bildirirlər.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər