Məşhur rejissor İrandan qaçdı

Məşhur rejissor İrandan qaçdı
14 may 2024
# 19:19

Məşhur rejissor Məhəmməd Rəsulof İrandan qaçıb.

Kulis.az xəbər verir ki, rejissor Avropaya qaçdığını desə də, dəqiq hansı ölkədə olduğu haqqında məlumat verməyib.

Qeyd edək ki, İran hökuməti hələ 2017-ci ildə Məhəmməd Rəsulofu məhkəməyə vermişdi və elə həmin ildən etibarən onun ölkədən çıxışına qadağa qoyulmuşdu.

2022-ci ildə isə İran təhlükəsizlik qüvvələrini may ayında ölkənin cənub-qərbindəki Abadan şəhərində binanın uçması ilə nəticələnən etirazlar zamanı silahdan istifadəni dayandırmağa çağıran müraciət dərc etdikdən sonra həbs edilmiş, sonradan ev dustaqlığına buraxılmışdı.

Rejissorun sözlərinə görə, bu il "Müqəddəs əncir toxumu" filmi Kann kinofestivalına seçildikdən sonra güc strukturları növbəti dəfə təzyiq göstərməyə başlayıb və onu 8 il müddətinə azadlıqdan məhrum etmək istəyirlərmiş.

# 1189 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #