Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
8 iyun 2026
# 10:40

Britaniyalı aktyor Patrik Qodfri 93 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "RİA Novosti" aktyorun təmsil olunduğu "Markham, Froggatt & Irwin" agentliyinə istinadən məlumat yayıb.

Ölüm səbəbi dəqiq açıqlanmır. Qodfri iyunun 6-da ailəsinin əhatəsində dünyasını dəyişib.

Qodfri daha çox 1998-ci ildə aktrisa Drü Berrimorla birlikdə rol aldığı "Əbədi sevgi hekayəsi" filmindəki Leonardo da Vinçi rolu ilə məşhurlaşmışdı. Onun filmoqrafiyasında 120-dən çox ekran işi var. Aktyor "Səfillər", "Qraf Monte-Kristo", "Doktor Kim", "Xalis ingilis qətlləri", "Ciddi olmağın vacibliyi", "Bizim üçün nəfəs al", "Hersoginya" və "Qaranlıq başlanğıclar" kimi məşhur layihələrdə çəkilib.

Rus kinosuna da ağır itki üz verib

# 65 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər