"Mənim sehirli dünyam" filminin dünya premyerası keçirildi

"Mənim sehirli dünyam"  filminin dünya premyerası keçirildi
8 may 2025
# 13:00

Elvin Adıgözəlin "Mənim sehirli dünyam" tammetrajlı bədii filminin dünya premyerası keçirilib.

Kulis.az xəbər verir ki, "goEast" - Mərkəzi və Şərqi Avropa Filmləri Festivalında təqdim olunan film “Ultra Production” və “Cinex Production”un birgə istehsalıdır.

Filmin prodüserləri Emil Nəcəfov (Ultra production) və Mariya İbrahimova (Cinex production), co-prodüserləri Olqa Matat, Sergey Konnov və Vlad Dudkodur (Evos Film, Ukrayna).

"Mənim sehrli dünyam", istehsalat dövründə “When East Meets West” kino forumunun “First Cut Lab” və “First Cut Plus” proqramlarında iştirak edib və TRT (Türkiyə) televiziya kanalının mükafatına layiq görülüb.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mənim sehrli dünyam” filminin yaradıcı heyətinin sözügedən beynəlxalq festivalda iştirakına maliyyə dəstəyi verib.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #