Kristofer Nolanın "Oppenheimer" filminin ikinci treyleri yayımlandı

Kristofer Nolanın "Oppenheimer" filminin ikinci treyleri yayımlandı
9 may 2023
# 11:30

Rejissor Kristofer Nolanın "Oppenheimer" filminin ikinci treyleri yayımlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi treyler Universal Pictures YouTube kanalında yayımlanıb.

Videoda siz Cillian Murphy, Florence Pugh, Matt Damon və digər aktyorları görə bilərsiniz.

"Oppenheimer" amerikalı fizik və atom bombasının ixtiraçısı Robert Oppenheimerin bioqrafiyasına əsaslanır. Filmdə onu "Peaky Blinders" və "28 Days Later" filmlərinin ulduzu Cillian Murphy canlandırıb. Filmdə həmçinin Emily Blunt, Matt Damon, Robert Downey Jr., Florence Pugh, Gary Oldman, Rami Malek, Kenneth Branagh və Cosh Hartnett də rol alıblar.

Filmin nümayişi 2023-cü ilin 21 iyul tarixinə planlaşdırılır.

Aktyor, ssenarist və prodüser Mett Deymon artıq filmə baxıb və onun təfərrüatlarını paylaşıb. O, lenti "fantastik" adlandırıb, həmçinin onun təxminən üç saat davam edəcəyini və Nolanın ən uzun əsəri olacağını bildirib.

Трейлер к фильму Оппенгеймер с Килианом Мерфи — видео | ONLINE.UA

# 1200 dəfə oxunub

Müəllifin son yazıları

# # #