“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır
6 may 2026
# 18:11

“İşıq” adlı yeni qısametrajlı bədii film üzərində son tamamlama işləri aparılır.

Kulis.az xəbər verir ki, dram janrında çəkilən ekran işinin xronometrajı 23 dəqiqədir.

Filmin çəkilişləri Füzuli rayonunun Zobucuq qəsəbəsində, eləcə də azad olunmuş Füzuli və Cəbrayıl rayonlarında həyata keçirilib.

Filmdə əsas rolları Loğman Kərimov, Rövşən Ağayev və Güşvər Şərifova canlandırırlar. Layihənin quruluşçu rejissoru və ssenari müəllifi Elşad Ərşadoğludur. Təsvir rejissoru kimi Vasif Vəlizadə çıxış edir, quruluşçu rəssam işi isə Arif Niftiyevə məxsusdur. Montaj rejissoru Ağarza Əsgərov olan filmin rejissoru eyni zamanda aktyor heyətində də yer alan Rövşən Ağayevdir. Layihənin redaktoru Yusif Şeyxov, rejissor assistenti Elşən Budaqov, səs rejissoru Hafiz İbrahimli, xətt prodüseri Elnur Cəbrayılov, icraçı prodüseri Abbas Quliyev, prodüseri isə Ramil Ələkbərovdur.

# 120 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər