İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina etdi

İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina etdi
14 yanvar 2025
# 17:45

“Persopolis” animasiya filmi ilə məşhurluq qazanan iranlı rejissor Marcanə Satrapi Fransanın “Fəxri legion” ordenindən imtina edib.

Kulis.az xəbər verir ki, bu barədə rejissor sosial media hesabında paylaşım edib.

Fransanın mədəniyyət nazirinə ünvanladığı məktubda Satrapi, bu ayın sonlarında keçirilməsi planlaşdırılan mərasimdə dövlət mükafatını qəbul etməyəcəyini bildirib.

O, imtinasının səbəbi kimi İrandakı insan haqları ilə bağlı məsələlərə Fransanın göz yumması, ikili standartlarla davranmasını əsas gətirib.

# 284 dəfə oxunub

Müəllifin son yazıları

# # #