Hollivud ulduzlarının yeni filmi fantastik açılışa hazırlaşır

Hollivud ulduzlarının yeni filmi fantastik açılışa hazırlaşır
25 sentyabr 2025
# 13:00

Hollivudda ilin ən çox gözlənilən ekran işlərindən biri - baş rollarda Leonardo DiKaprio və digər tanınmış aktyorların yer aldığı, rejissor Pol Tomas Andersonun “Bir döyüşdən sonra başqa bir döyüş” filmi bu həftəsonu ABŞ kinoteatrlarında nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, ekran əsərinin açılış həftəsində 20 milyon dollardan artıq gəlir gətirəcəyi proqnozlaşdırılır. Kino mütəxəssisləri hesab edir ki, həm DiKaprionun oyunu, həm də Andersonun rejissor işi ilin kino mükafat mövsümündə ciddi namizəd olacaq.

Qeyd edək ki, filmin Oskara namizədliyi də müzakirə olunur.

# 158 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər