Gənc ssenaristlərin klubu yaradılacaq

Gənc ssenaristlərin klubu yaradılacaq
24 sentyabr 2025
# 11:25

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) “Mən qadınam” tammetrajlı ssenari müsabiqəsində iştirak edən ssenaristlərin bir qrupu ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, bu barədə İttifaq məlumat yayıb.

Görüşdə AKİ-nin icraçı katibi Əli İsa Cabbarov və İdarə Heyətinin üzvü Sevda Sultanova iştirak ediblər.

Görüş zamanı müasir Azərbaycan kinosunda ssenari sahəsindəki ümumi vəziyyət, ssenaristlərin qarşılaşdıqları problemlər və irəli sürdükləri təkliflər, AKİ-nin onlara mümkün dəstəyi (ssenari kitablarının nəşri, ssenari təlimlərinin davam etdirilməsi, yazılan ssenarilərə peşəkar rəylərin verilməsi və s.), gələcək müsabiqələr və digər məsələlər müzakirə olunub.

Sonda gənc ssenaristlərin klubunun yaradılması təşəbbüsü irəli sürülüb. Klubda iştirakçılar, yazdıqları ssenariləri müzakirə edəcək, fikir mübadiləsi aparacaq, eyni zamanda, peşəkarların rəyləri və müzakirələr əsasında ssenarilərini təkmilləşdirəcəklər.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqından bildiriblər ki, “skript-doktor” xidmətləri, ssenarinin inkişafına dəstək xidmətlərini kinomuzun bu günündə vacib mexanizmlərindən sayır, bu istiqamətdə uğurlu format (ssenari klubu, ssenari emalatxanaları və s.) tapmaq əzmindədir.

# 114 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər