Gənc rejissorun yeni filminin çəkilişləri başa çatıb

Gənc rejissorun yeni filminin çəkilişləri başa çatıb
29 noyabr 2022
# 15:30

Gənc rejissor Şirin Əhmədovun yeni filminin çəkilişləri başa çatıb.

Kulis.az xəbər verir ki, filmdə əsas rolları Xalq artisti Məmməd Səfa, Əməkdar artist Hüsniyyə Mürvətova canlandırıb.
Əməkdar artist Hüsniyyə Mürvətova filmin uğurlu olacağına inandığını qeyd edib:

“Şirin Əhmədov gəncdir, festivallarda artıq çıxış edir, mükafatlar alır. Bu filminin də uğurlu olacağına inanıram. Ortada peşəkar komanda və peşəkar bir iş var. Ssenarini oxuyan kimi dərhal razılaşdım. O baxımdan, inanıram ki, film özündən söz etdirə biləcək”.

Qeyd edək ki, filmin adı bu yaxınlarda ictimaiyyətə açıqlanaq.

Prodüsserlər: Rəna Qiyaslı ,Elmar Fərzəliyev
Qruluşcu rejissor: Şirin Əhmədov
Senari müəlifləri: Şirin əhmədov, Elmar Fərzəliyev
Təsvir rejissoru: Yusif Qasımlı
Köməkçi rejissor: Rəna Qiyaslı
Aktyorlar: Xalq artisti Məmməd Səfa
Əməkdar artist Husniyyə Mürvətova
Aktyorlar.

Tunar Əlizadə
Elməddin Zakirli və Əlizamin Məmmədov

# 2037 dəfə oxunub

Müəllifin son yazıları

# # #