"Game of Thrones" əsasında film çəkiləcək

"Game of Thrones"  əsasında film çəkiləcək
4 mart 2026
# 10:02

"Warner Bros." “Game of Thrones” serialının əsasında tammetrajlı film hazırlayır.

Kulis.az xəbər verir ki, layihənin ssenarisini Bo Uillimon qələmə alacaq. O, daha əvvəl "Andor" və "House of Cards" serialları ilə tanınıb.

Filmdə hadisələr "Game of Thrones"dakı hadisələrdən təxminən 300 il əvvəl baş verəcək.

Ekran işinin istehsalına başlanma vaxtı və premyera tarixi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər