Ənvər Həsənovun səhhəti yaxşılaşır

Ənvər Həsənovun səhhəti yaxşılaşır
3 iyul 2023
# 14:24

Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş var.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya aktyorun qızı Aytən Həsənova məlumat verib.

“Şükür, əvvəlki vaxtlara baxanda irəliləyiş hiss olunur. İndi bir az ayaqlarında ağrı və yuxu problemi var. Amma ümumi səhhətində yaxşılaşma hiss olunur”.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmiş, bir müddət müalicədən aldıqdan sonra öz istəyi ilə evə buraxılmışdı.

Həmçinin Mədəniyyət Nazirliyi APA-ya aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə məlumat vermişdi.

# 1056 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #