“Quyu” filminin çəkilişləri bitdi - Fotolar

“Quyu” filminin çəkilişləri bitdi - Fotolar
7 sentyabr 2021
# 13:58

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “Quyu” qısametrajlı bədii filminin çəkilişləri başa çatıb.

Kulis.az kinostudiyanın internet səhifəsinə istinadən xəbər verir ki, çəkilişləri Bakı şəhərinin Lokbatan qəsəbəsi və İsmayıllı rayonunda aparılan film insan və yaradılış haqqındadır.

Həyatın tamamilə öldüyü bir məkanda quyu qazaraq su axtaran insan, onu tapdıqdan sonra nəfsinə güc gələ bilmir və süjet gözlənilməz istiqamət alır.

Filmin ssenari müəllifi və rejissoru Rufat Ray, təsvir rejissoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirovdur. Rollarda Pərviz Məmmədrzayev və Şamil Süleymanlı çəkilib.

Film 2022-ci ildə izləyicilərə təqdim ediləcək.

May be an image of 1 person, standing and outdoors

May be an image of one or more people and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 3 people, people standing and outdoors

May be an image of 1 person, beard, standing and outdoors

May be an image of 2 people, people standing, camera and outdoors

# 2047 dəfə oxunub

Müəllifin son yazıları

# # #